Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun səhiyyə işçiləri “20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümünü yad etdilər

22 yanvar 2016 | 20:00

18 yanvar 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kürdəxanı Sağlamlıq Mərkəzində “20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı növbəti anım tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Məhəmməd Əsədov və Samirə Mehtiyeva, Kürdəxanı qəsəbə nümayəndəsinin müavini Rasim Quliyev və Kürdəxanı Sağlamlıq Mərkəzinin tibb kollektivi iştirak etdilər.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmirada Abdullayeva  1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən dəhşətli hadisələrdən danışıb. Bildirilib ki, Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Anım tədbirində çıxış edən Rayon İcra Hakimiyyətinin əməkdaşı Samirə Mehtiyeva dövlətimiz tərəfindən Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğunu, onların ailə üzvləri, əzizləri hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu, eləcə də “20 Yanvar“ hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olduğunu bildirdi.
Sonda mərkəzin uşaq şöbəsinin müdiri Amid Əbilov, terapevt Zahidə Əliyeva və baş tibb bacısı Xuraman Əliyeva “20 Yanvar” faciəsi haqqında məruzə ilə çıxış etdilər.

Keçidlər