“20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar Sabunçu rayonunda silsilə tədbirlər keçirilmişdir
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının “20 Yanvar” faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən
19 yanvar 2016-cı il tarixdə rayonun 170 nömrəli tam orta məktəbində “Azadlığa gedən yol” adlı açıq dərs keçirildi. Dərsdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, qəsəbə, bələdiyyə nümayəndəsi və məktəb direktoru iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları məktəbin foyesində şagirdlərin hazırladıqları rəsm sərgisinə baxış keçirtdilər. Açıq dərsdə tarix müəllimi Niyaməddin Quliyev vurğulamışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmiş,Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açmışdır. Yanvar faciəsindən 26 il ötür. Ancaq qədirbilən xalqımız həmin günün dəhşətlərini yaddan çıxarmır, azadlıq mücadiləsində canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir. “20 Yanvar” hadisələrini əks etdirən video çarx nümyaiş etdirildi.
Dərsin sonunda Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra “20 Yanvar” faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldığını, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldüyünü vurğuladı.və açıq dərsin təşkili üçün məktəbin kollektivinə öz təşəkkürünü bildirdi.
19 yanvar 2016-cı il tarixdə rayonun 81 nömrəli tam orta məktəbin akt zalında
“20 Yanvar” faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı növbəti tədbir keçirildi. Tədbirdə Sabunçu Rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Güloğlan Məmmədov, başçının müavini Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun məsləhətçisi Camal Bağırov, qəsəbə nümayəndəsi, məktəbin müəllim kollektivi və şagirdlər iştirak etdilər. Məktəbin foyesinde şagirdlərin faciə haqqında hazırladıqları divar qəzetlərinə, fotostendlərə baxış keçirildi. Daha sonra məktəblilərin ifasında şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov çıxış edərək xalqımızın ilk şəhidləri olan “20 Yanvar” şəhidlərinin fədakarcasına müstəqilliyimizə qovuşmaq üçün şəhid olmalarından və “20 Yanvar” hadisəsinin tarixinə nəzər salaraq bəzi tarixi hadisələr haqqında şagirdlərə məlumat verdi və nümayiş olunan bədii-kompozisiya görə məktəb kollektivinə öz təşəkkürünü bildirdi.