Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
18 yanvar 2016-cı il tarixdə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısının müavini Avtandil Hüseyn-zadə, şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Atəş Verdiyev, Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadov, rayon icra strukturlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının müavini Avtandil Hüseyn-zadə açaraq qəsəbədə görülən və nəzərdə tutulan işlərdən ətraflı danışdı. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Atəş Verdiyev, Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadov 2015-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər. 142 nömrəli məktəbin direktoru Gülnaz Abdullayeva və 28 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Çingiz İbadullayev qəsəbədə gedən abadlıq işlərindən danışdılar. Məruzə ətrafında qəsəbə sakinlərindən Meydanova Tahirə, Nuriyev Samir və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.