Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar” şəhid ailələri və əlillərlə görüş keçirildi

24 yanvar 2016 | 20:00

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq “20 Yanvar” faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi qeyd edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
Tədbirlər planına əsasən “20Yanvar” faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar 18 yanvar 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon Təşkilatının sədri, aparatın əməkdaşları, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin iştirakı ilə Bakıxanov qəsəbəsindəki “Şəhidlər xiyabanı” ziyarət edilərək, müstəqilliyimizin əldə olunmasında, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu ehtiramla yad edildi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısının “20 Yanvar” faciəsi əlilləri və şəhid ailələri ilə görüşü keçirildi. İlk öncə “20 Yanvar” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi tarixə düşdüyünü vurğuladı. A.Vəliyev bildirdi ki : ” Bu faciə xalqımızın azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyrdı. Lakin sovet imperiyası öz çirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzularının həyata keçirilməsinə nail oldu.
Sonda “20 Yanvar” Cəmiyyəti Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov, şəhid ailələrinin üzvləri görüşdə çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və əlillərə maddi və ərzaq yardımları edildi.

Keçidlər