Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyin 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
27 yanvar 2016-cı il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2015-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon Təşkilatının sədri, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov və Bakıxanov Bələdiyyəsinin sədri Ramis Nəsibov hesabat məruzəsi ilə çıxış etdilər. Dövlət Təhlükəsizlik xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva və 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək qəsəbədə gedən geniş abadlıq işlərindən danışdılar.
Məruzə ətrafında qəsəbə sakinlərindən Namiq Məmmədov, Nəzakət Rəhimova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan söz açaraq, 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi və gələcəkdə Sabunçu rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işləri diqqətə çatdırdı.