Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi

28 yanvar 2016 | 20:00

29 yanvar 2015-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “2 Fevral- Azərbaycan Gəncləri Günü”  qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin  Arzu Məmmədova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Mahir Məlikov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Ramiz Məmmədov və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov   ”2 fevral- Gənclər Günü”nün yaradılması, tarixi və mahiyyəti barədə məlumat verdi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildiyini və 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. A. Vəliyev hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini vurğuladı.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu rayon YAP GB-nin idarə heyətinin üzvi Kamran Eyyubov çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışdılar.
Daha sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə Diplom və hədiyyələr təqdim edildi.
Sonda tədbir əyləncəli-musiqi proqramı ilə davam etdi.

Keçidlər