Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Nardaran qəsəbəsində “Narkomaniya-əsrin bəlasıdır” adlı tədbir keçirildi

07 fevral 2016 | 20:00

05 fevral 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və rayonun Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə  məktəbin akt zalında “Narkomaniya - əsrin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloq Pərvin Məmmədov, Rayon Prokrorluğunun əməkdaşı Səbuhi Əsədli, Milli Qeyri Hökümət Forumunun prezidenti Rauf Zeyni, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, şagird və müəllim kollektivi  iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 130 nömrəli tam orta məktəbin direktoru Ağaseyid Orucov tədbirin əhəmiyyətindən danışdı. 
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov və Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdilər.
Tədbirdə digər natiqlər də yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.

Keçidlər