Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda əhalinin tibbi dispanserizasiyasına başlanılıb

15 fevral 2016 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən başlayaraq bütün respublikada olduğu kimi Sabunçu rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanılmışdır.
Bununla əlaqədar Sabunçu  Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq Komissiya yaradılmışdır.
13 fevral 2016-cı iltarixdə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında Komissiyanın üzvləri və rayonda fəaliyyət göstərən Poliklinikaların baş həkimləri ilə bir gətoplantıkeçirilmişdir. Toplantıda çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova bildirdi ki, rayonun əhalisi 239454 nəfər təşkil edir, onlardan 177675 nəfəri 18 yaşından yuxarı olan əhalidir. A.Məmmədova dispanserizasiya ilə əlaqədar səhiyyə müəssisələrinin rəhbərlərindən müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə maraqlanmış və müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işlərinin aparılmasını qeyd etmişdir.
Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva çıxış edərək bildirmişdir ki, həyata keçiriləcək tədbirlər  kollektivlər və ərazilər nəzərə alınmaqla tərtib olunmuş xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur.  Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları  təşkil olunmuşdur.

Keçidlər