Sabunçu rayonunun təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı silsilə tədbirlər keçirildi
Xocalı faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən 23 fevral 2016-cı il tarixdə Maştağa qəsəbəsində yerləşən 128 nömrəli tam orta məktəbdə və 24 fevral 2016-cı il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseydə “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı tədbirlər keçirilmişdir.
Tədbirdə Sabuncu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Sabunçu rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Zülfüqar Cəfərov, Rayon Gənclər və İdman İdarəainin rəisi Rakif Əliyev, şagirdlər və müəllim kollektivi iştirak etmişlər. İlk öncə Xocalı şəhərində baş vermiş soyqırımda dünyasını dəyişən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sukutla yad edildikdən sonra məktəbin şagird və müəllim kollektivinin “Ana harayi” abidəsinə ziyarət etdiklərivideoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Rayon Gənclər və İdman İdarəainin rəisi Rakif Əliyev, Sabuncu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova və Sabunçu rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Zülfüqar Cəfərov bildirdilər ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” beynəlxalq kompaniyası çərçivəsində həyata keçirilən layihələr də təqdirə layiqdir. Bu layihələrin keçirilməsində məqsəd Xocalı faciəsini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Sonda şagirdlərin ifasında bədii kompozisiyalar nümayiş olundu.