Sabunçu rayon ictimaiyyəti tərəfindən “Ana harayı” abidəsi ziyarət olundu
Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 12.02.2016-cı il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planına uyğun olaraq 26 fevral 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gənclərinin ümumilikdə 1600 nəfərin iştirakı ilə Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidənin önünə tər güllər düzülmüş və Xocalı şəhərində baş vermiş soyqırımda dünyasını dəyişən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.