Sabunçu rayonunda narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlim-məşğələ keçirildi
Azərbaycan Respublikasının Prezidentinin 24.06.2013-cü il tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursolarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə 24 fevral 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının və Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə təlim-məşğələ keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın İşçi Qrupunun rəhbəri Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizı İdarəsinin Mühüm İşlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Təhsil Nazirliyinin əməkdaşı Hilal Salmanov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri, həkim-narkoloqu Afət Məmmədova, Ailə,Qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərvanə Əlizadə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, rayon tam orta məktəbin təlim-tərbiyyə üzrə direktor müavinləri və məktəb psixoloqları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdi.
Çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın İşçi Qrupunun rəhbəri Vasif Quliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın əməkdaşı Şahin İsmayılov və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov bildirdilər ki, maarifləndirmə yolu ilə Respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığım yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da gücləndirilməsi və cəza tədbirlərinin səmərəliliyi öz bəhrəsini verəcəkdir.
Tədbirdə çıxış edən digər natiqlər də yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda qonaqlar mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.