Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şosse velosiped idman növü üzrə “Mövsüm açılışı yarışları” keçirildi

29 fevral 2016 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı ilə bağlı göstərişlərinin icrasını təmin etmək və ölkəmizdə velosiped idman növünə ictimai marağın artırılması məqsədilə 27-28 fevral 2016-cı il tarixlərində Azərbaycan Velosiped İdman Federasiyası, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə şosse velosiped idman növü üzrə Bakı Olimpiya Stadionunun ərazisində “Mövsüm açılışı yarışları” keçirildi.
2016-cı il mövsümünə Bakı Olimpiya Stadionunun ətrafındakı yollarda təşkil edilən "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edib.
15 yaşadək idmançıların 20 km-lik qrup ötüşməsində 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi 1-ci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov 2-ci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.
  U-17, Gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 km məsafə qət ediblər. İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Adı çəkilən məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. 2-ci yeri isə 8 saylı İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.

Keçidlər