Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Vətən anlayışı və milli-mənəvi özünüdərk” və “İslam bizi vəhdətə səsləyir!” layihələri çərçivəsində maarifləndirici tədbirlər keçirildi

02 mart 2016 | 20:00

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncamlar bütün regionlarda olduğu kimi Sabunçu rayonunda da uğurla icra olunur.
29 fevral 2016-cı il və 01 mart 2016-cı il tarixlərində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıxanov qəsəbəsi “İmam Rza” məscidinin və Sabunçu qəsəbəsi “Cümə” məscidinin dini icmaları tərəfindən “Vətən anlayışı və milli-mənəvi özünüdərk” və “İslam bizi vəhdətə səsləyir!” layihələri çərçivəsində maarifləndirici tədbirlər keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, Sabunçu qəsəbəsi “Cümə” məscidinin dini icmasının sədri Zahir Mehtiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Keçirilən tədbirlərdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Məhəmməd Əsədov Sabunçu rayonunda dini durum, dini icmaların fəaliyyəti barədə məlumat vermişdir.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki yeri və rolundan bəhs etmiş, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, icma sədrlər Əmirxan Tahirov, Zahir Mehtiyev və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildirmişlər. Tədbirlərin sonunda iştirakçılara “Dövlət və Din” jurnalının son buraxılışı paylanılmışdır.

Keçidlər