Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Sabunçu rayonu ərazisində veloyürüş keçirildi

04 mart 2016 | 20:00

05 mart 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Sabunçu rayonu ərazisində veloyürüş keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
Veloyürüş öncəsi rayon ictimaiyyəti qarşısında çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev veloyürüşün keçirilməsində məqsəd gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsinə dəstək olduğunu vurğuladı. Azərbaycanda idmanın qədim tarixə malik olduğunu söyləyən A.Vəliyev qeyd etdi ki, ölkəmiz mühüm beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində nümunəvi təcrübəyə malikdir: “ I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edərək dünya ictimaiyyətinin rəğbətini qazanan Azərbaycana böyük idman tədbirlərinin çox rahatlıqla həvalə edilə biləcəyi görülmüş oldu. Sabunçu rayonu ərazisində yerləşən Olimpiya stadionunda reallaşan I Avropa Oyunları rayonumuzda idmanın daha da inkişafı istiqamətində əhəmiyyətli töhfə oldu”.
Daha sonra veloyürüşə start verildi. Yarışda Federasiyanın peşəkar idmançıları ilə yanaşı həvəskarlar da daxil olmaqla 150-dən çox insan iştirak etdi. Veloyürüş iştirakçıları hər biri 5 km olmaqla 2 dövrə qət etdilər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən Sabunçu rayonunda veloyürüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyevə “Fəxri Fərman” təqdim olundu.

Keçidlər