Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi

06 mart 2016 | 20:00


07 mart 2016-cı il tarixdə  Sabunçu  Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir  keçirildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Millət vəkili Dilarə Cəbrayılova, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva,  rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan fəal xanımlar iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq  xanımları bayram münasibətilə təbrik etdi, onlara can sağlığı və müvəffəqiyyətlər arzuladı. A.Vəliyev qeyd etdi ki, ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Tədbirdə çıxış edən qadınlar dövlət qayğısından razılıq etdi,  vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirdilər.
Sonda rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup qadın Sabunçu rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və müxtəlif hədiyyələrlə təltif olundular. Tədbir konsert proqramı ilə başa çatıb.

Keçidlər