Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Sabunçu rayonunun məktəbliləri ilə görüş keçirildi

11 mart 2016 | 20:00

12 mart 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ölkəmizi tanıyaq” layihəsi üzrə Sabunçu rayonundan Naxçıvan Muxtar Respublikasına gedəcək tur aksiya iştirakçıları ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, müavin Arzu Məmmədova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri, 28 nəfər tur aksiya iştirakçıları və onların valideynləri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin respublikamızın bölgələrini tanıması, oranın tarixi-mədəni abidələri ilə yaxından tanış olması baxımından böyük əhəmiyyətə malikdir. Bu mənada tur-aksiya gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün formalaşmasına da öz töhfəsini verəcək. Rayonumuzun bütün qəsəbələrindən olan məktəblilərin Naxçıvan Muxtar Respublikasına səfəri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaradacaqdır.
Görüşdə iştirak edən məktəbli və valideynlər qeyd etdilər ki, üç il əvvəl irəli sürülən bu təşəbbüs Azərbaycan Prezidentinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, eyni zamanda, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda Sabunçu rayonunu təmsil edən hər bir məktəbliyə tur-aksiya üçün hazırlanmış xüsusi fərqləndirici geyim formaları hədiyyə olundu.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər