Şriftin ölçüsü :

Saytın rəngi :

SABUNÇU ŞAGİRDLƏRİ “ÖLKƏMİZİ TANIYAQ” DEVİZİ İLƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASINA MAARİFLƏNDİRİCİ TUR-EKSKURSİYAYA YOLLANDILAR

15 mart 2016 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyalar təşkil edilmişdir.
Bununla əlaqədar Sabunçu  rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılmış, rayonda yaşayan və təhsil alan 14 nəfər şagird və rəhbər işçidən (cəmi 15 nəfər) ibarət qruplar müəyyənləşdirilmiş, tur iştirakçıları üçün xüsusi forma və rayon haqqında maraqlı məlumatları özündə əks etdirən bukletlər hazırlanmış, həyata keçiriləcək tur ekskursiyaların əvvəlcədən tərtib olunmuş xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur.
16 mart 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Sabunçu şagirdlərininin  müəyyən olunmuş qrafik üzrə  Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirildi.  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, müavinlər, qərargah üzvləri, valideynlər və şagirdlər iştirak edirdi.
Qeyd edək ki, şagirdlər üçün təşkil olunmuş tur ekskursiyanın I mərhələsi  mart ayının 19-dək davam edəcək.

Keçidlər