Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatında “İlaxır çərşənbə” münasibətilə tədbir keçirilib

14 mart 2016 | 20:00

YAP Sabunçu Rayon Təşkilatında YAP Gənclər Birliyi və YAP Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak ediblər.
İlk öncə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev gəncləri salamlayaraq onları baharın gəlişi, İlaxır çərşənbə münasibətilə təbrik etdi və ənənəvi olaraq bayram tonqalını yandırdı. Tədbirdə həmçinin YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək hamını bayram münasibətilə təbrik etdilər.
Sonra tədbir bayram tonqalı ətrafında davam etdi.

Keçidlər