“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın I mərhələsinin iştirakçıları Bakıya geri döndülər
19 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər.
4 günlük səfərdə olan Sabunçu rayon məktəblilərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gözləmə zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova və Sosial-iqtisai inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənli böyük təntənə ilə qarşıladılar.
Aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək valideyinləri ilə görüşdülər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Naxçıvan Muxtar Respublikasından qayıdan tur-aksiya iştirakçılarını və valideyinlərini qəbul edərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi. Şagirdlər onlar üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkili çəkdirildi.
Qeyd edək ki, Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.