Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi tanıyaq" adlı tur-aksiyanın ikinci mərhələsinə start verildi

23 mart 2016 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyaların ikinci mərhələsinə start verildi.
24 mart 2016-cı il tarixdə tur-aksiyanın ikinci mərhələsinə uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Sabunçu şagirdlərininin  müəyyən olunmuş qrafik üzrə  Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirildi.  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, qərargah üzvləri, valideynlər və şagirdlər iştirak etdilər.
Sonda məktəblilər Dövlət Yol Polisi avtomaşınının müşayəti ilə onlar üçün ayrılmış xüsusi avtobusla Heydər Əliyev adına Hava Limanına yola salındılar.
Qeyd edək ki, şagirdlər üçün təşkil olunmuş tur ekskursiyanın II mərhələsi  mart ayının 27-dək davam edəcək.

Keçidlər