“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın II mərhələsi uğurla başa çatdı
27 mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər.
Rayon məktəblilərini Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları xoş təəssüratla qarşıladı və şagirdlərin ekskursiya haqqında fikirlərini öyrəndi.
Tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına gələrək valideyinləri ilə görüşdülər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Naxçıvan Muxtar Respublikasından qayıdan II mərhələsinin iştirakçılarını və valideyinlərini qəbul edərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi, məktəblilərdə bu layihədə iştirak etdikləri üçün öz məmnunluqlarını bildirdilər və Prezident İlham Əliyevə təşəkkür etdilər.
Qeyd edək ki, Bakı məktəbliləri Naxçıvan, Ordubad şəhərlərinin, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olub, “Duzdağ” otelində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konsertində iştirak ediblər.