Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon şənliyi keçirildi

18 mart 2016 | 20:00

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı şəhərində“ İlaxır çərşənbə” və Novruz bayramı münasibətilə şənliklərin keçirilməsi haqqında” 03.03.2016-cı il tarixli 91 saylı Sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq rayonun mərkəzi küçə, park və meydanlarında sanitar-təmizlik, abadlıq işləri başa çatdırılmış, müəyyən olunmuş yerlərdə bayramsayağı tərtibat işləri aparılaraq rayon ərazisində silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan xalqının adət və ənənələrini özündə canlandıran, vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramının yüksək əhval-ruhiyyədə və təntənəli keçirilməsi məqsədilə 19 mart 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumrayon şənliyi keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə nümayəndələri və rayon ictimaiyyəti iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək  şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibəti ilə təbrik etdi, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı və bayram rəmzi olan Novruz tonqalını alovlandırdı.
Bayram tədbirində hər bir qəsəbə özünə məxsus bayram süfrələri qurmuş, gözəl bəzədilmiş xoncalar hazırlamışlar. Bayram tədbirinə xüsusi rəng qatan İrəvan Teatrının aktyorları olan “Keçəl” və “Kosanın”, “Bahar” qızının, “DədəQorqud”un obrazların, müxtəlif rəqs qrupların çıxışlarında bir daha xalqımızın milli ənənəvi xüsusiyyətlərini özündə əks etdirən Novruz bayramının və baharın gəlişi qeyd edilmişdir.
Həmçinin, rayonun aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrinə ənənəvi olaraq bayram sovqatları paylanılmışdır.

Keçidlər