Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İslam bizi vəhdətə səsləyir” layihəsinin bağlanış mərasimi keçirildi

28 mart 2016 | 20:00

29 mart 2016-cı il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov, Sabunçu qəsəbəsi “Cümə”məscidi dini icmasının sədri Zahir Mehdiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov həyata keçirilən layihənin əhəmiyyətindən söhbət açaraq bu kimi dini maarifləndirmə tədbirlərin böyük maraq kəsb etdiyini vurğuladı.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, QMİ-nin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov və Sabunçu qəsəbəsi “Cümə”məscidi dini icmasının sədri Zahir Mehdiyev çıxış edərək vəhdət anlayışı və onun İslam dinindəki yeri haqqında geniş məlumatlar verdilər.
Tədbirdə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər