Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” II tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edən Naxçıvan məktəbliləri Bakı Olimpiya Stadionunda oldular

25 mart 2016 | 20:00

26 mart 2016-cı il tarixində  “Ölkəmizi tanıyaq” adlı maarifləndirici II tur-aksiya iştirakçıları  olan Naxçıvan məktəbləri proqramın 3-cü günündə Bakı Olimpiya Stadionunda oldular.
Dövlət himni səsləndikdən sonra tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev tur-aksiya iştirakçılarını salamlayaraq onları rayonumuzda görməyə çox məmnun olduğunu bildirdi. A.Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya ölkə tarixinin, mədəniyyətinin adət-ənənələrinin, müstəqillik illərində qazanılan nailiyyətlərin dərindən öyrənilməsi məqsədinə xidmət edir. Həmçinin, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyük olduğunu vurğuladı və tur-aksiyanın qrup rəhbərinə hədiyyə təqdim etdi.
Sonra məktəblilər Azərbaycanda və bütün Qafqazda ən böyük stadiona ekskursiya ediblər. Ekskursiyanı daha maraqlı və rəngarəng etmək ücün “SƏMA” rəqs qrupunun ifasında əyləncəli konsert proqramı təşkil olunub.
Naxçıvan məktəblilərinə Sabunçu rayonu haqqında məlumat verildi, qiraət müsabiqəsi və  flaşmob keçirildi.

Keçidlər