Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “31 mart - Azərbaycanlıların soyqırımı günü” qeyd olundu

30 mart 2016 | 20:00

31 mart 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında  “31 mart -Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər, hüquq-mühafizə  orqanlarının rəhbərləri, YAP Sabunçu rayon Təşkilatının sədri, icra aparatının məsul işçiləri və gənclər iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə erməni quldur dəstələrinin  azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev  çıxış edərək bildirdi ki, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. A.Vəliyev qeyd etdi ki, bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalamışdır.
Tədbirdə çıxış edən  Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, 4 nömrəli tam orta məktəbin tarix müəlliməsi Arzu Abbasova və 170 nömrəli tam orta məktəbin tarix müəllimi Niyaməddin Quliyev erməni millətçiləri tərəfindən törədilmiş  Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən bir qəddar siyasət olduğunu toplantı iştirakçıların nəzərinə çatdırdılar.

Keçidlər