Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda əhalinin tibbi dispanserizasiyası uğurla davam edir

31 mart 2016 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı ilin fevralın 15-dən mayın 02-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.
Tibbi müayinənin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə müvafiq Komissiya yaradılıb. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 6 tibb müəssisəsi tərəfindən həyata keçirilir.
Sabunçu rayonun əhalisi 239454 nəfər təşkil edir, onlardan 177675 nəfəri 18 yaşından yuxarı olan əhalidir.  01 aprel 2016-cı il tarixə olan məlumata əsasən 58827  nəfər rayon sakini tibbi müayinədən keçib. Onlardan 55698 nəfəri sağlam hesab edilmiş, xəstəliyi aşkarlanan 2855 nəfər ambulator, 274 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Qeyd olunan bütün tibb müəssisələrində əhalinin tibbi-profilaktik müayinədən keçməsi üçün hərtərəfli şərait yaradılıb.

Keçidlər