Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Şahinlər” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi

04 aprel 2016 | 20:00

01.04.2016-ci il tarixində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirildi.
Sabunçu  Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin təşəbüssü və təşkilatçılığı ilə keçirilən ”Şahin” hərbi-idman oyunu dövlət himnin səsləndirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov və  Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov qeyd etdilər  ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığa köməkliyin göstərilməsidir.
Daha sonra Sabunçu rayonu üzrə 38 məktəbin 532 şagirdi arasında keçirilən hərbi-idman yarışlarına start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə rayonun 148 nömrəli tam orta məktəb üçüncü, 309 nömrəli tam orta məktəb ikinci yeri tutdular. Yarışda qələbə qazanaraq  birinci yeri tutmuş 72 nömrəli məktəb-liseyin komandası Bakı şəhəri üzrə keçiriləcək “Şahinlər” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazandı.

Keçidlər