Ölkə rəhbəri İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyətində ümumrayon toplantısı keçirilib
04 aprel 2016-cı il tarixində Bakıxanov qəsəbəsindəki 252 nömrəli məktəb-liseyin binasında ölkə rəhbəri İlham Əliyevin Prezident yanında Təhlükəsizlik Şurasının iclasında verdiyi tapşırıqların icrasına uyğun olaraq Sabunçu Rayon İcra Hakimiyyətində ümumrayon toplantısı keçirilib.
İlk öncə rayon rəhbərliyi və millət vəkilləri Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər. Toplantıda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon Təşkilatının sədri, icra aparatının məsul işçiləri, rayonun idarə müəssisə rəhbələri ilə yanaşı rayon ağsaqqaları, ehtiyatda olan zabitlər, Qarabağ müharibəsi veteranları, Çernbıl əlilləri, rayon içtimaiyyəti və fəal gənclər iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra tədbir iştirakçıları tərəfindən Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev deyib ki, 02 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda Dövlətimizin başçısı çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu qeyd edilmişdir. Qeyd olunub ki, Ermənistan tərəfindən həyata keçirilən növbəti təxribatın qarşısını alan Azərbaycan ordusu düşməni lazımı şəkildə cəzalandırdı və düşmən böyük itkilər verdi. Bu isə öz növbəsində ordumuzun hansı gücə malik olduğunu bir daha təsdiq etdi. Vurğulanıb ki, bu gün artıq dünya ictimaiyyəti erməni hakimiyyətinin iç üzünü görür və onları Azərbaycan torpaqlarından geri çəkilməyi tələb edirlər.
Milli Məclisin deputatları Eldar Quliyev və Fazil Mustafa, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu Rayon Filialının sədri Zülfüqar Cəfərov və İmam-Rza məscidinin dini axundu Əmirxan Tahirov çıxış edərək bildirdilər ki, bu gün insanlar arasında əhval ruhiyyə yüksək səviyyədədir. Azərbaycan xalqı vətənin müdafiəsi istiqamətində öz həmrəyliklərini nümayiş etdirir. Natiqlər ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər. Digər çıxış edənlər də hər an vətənin azadlığı uğrundan canların keçməyə hazır olduqlarını bəyan etdilər.
Sonda Sabunçu rayon ictimaiyyəti nümayəndələri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edildi.