Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordumuzun şəhid olan əsgəri Əzizzadə Xaliq Həsən oğlu Kürdəxanı qəsəbəsində dəfn edildi

07 aprel 2016 | 20:00

6 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordumuzun şəhid olan əsgəri 1996-cı il təvəllüdlü Əzizzadə Xaliq Həsən oğlu bu gün Sabunçu rayon Kürdəxanı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edildi.
Dəfn mərasimində Sabunçu və Xətai Rayon İcra Hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak etdilər.
Şəhid Xaliq Əzizzadənin tabutu üzərinə çəkilmiş Azərbaycan Dövlət Bayrağı onun ailə üzvlərinə təhvil verildi. Dövlət himninin sədaları altında şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açıldı, məzarı üstünə əklil və tər qərənfillər düzüldü.
Allah bütün şəhidlərimizə rəhmət elesin!
Şəhidlər ölməz, Vətən bölünməz!

Keçidlər