Milli Ordumuzun şəhid olan əsgəri Mirzəyev Mahir Sabir oğlu Pirşağı qəsəbəsində dəfn edildi
9 aprel 2016-cı il tarixdə cəbhə xəttində gedən döyüşlər zamanı erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordumuzun şəhid olan əsgəri 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğlu bu gün Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edildi.
Dəfn mərasimində Sabunçu və Nərimanov Rayon İcra Hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak etdilər.
Şəhid Mahir Mirzəyevin tabutu üzərinə çəkilmiş Azərbaycan Dövlət Bayrağı onun ailə üzvlərinə təhvil verildi. Dövlət himninin sədaları altında şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açıldı, məzarı üstünə əklil və tər qərənfillər düzüldü.
Allah bütün şəhidlərimizə rəhmət elesin!
Şəhidlər ölməz, Vətən bölünməz!