Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Ordumuzun şəhid olan əsgəri Qurbanlı Fəxrəddin Seyfəddin oğlu Pirşağı qəsəbəsində dəfn edildi

08 aprel 2016 | 20:00

9 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordumuzun şəhid olan əsgəri 1994-cü il təvəllüdlü Qurbanlı Fəxrəddin Seyfəddin oğlu bu gün Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edildi.
Dəfn mərasimində Sabunçu, Binəqədi və Nərimanov Rayon İcra Hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak etdilər.
Şəhid Fəxrəddin Qurbanlının tabutu üzərinə çəkilmiş Azərbaycan Dövlət Bayrağı onun ailə üzvlərinə təhvil verildi. Dövlət himninin sədaları altında şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açıldı, məzarı üstünə əklil və tər qərənfillər düzüldü.
Allah bütün şəhidlərimizə rəhmət elesin!
Şəhidlər ölməz, Vətən bölünməz!

Keçidlər