Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən 5 saylı Uşaq Somatik Sanatoriyasında müalicə alan uşaqlar ilə görüş keçirildi
08 aprel 2016 | 20:00
09 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 5 saylı Uşaq Somatik Sanatoriyasında müalicə alan uşaqlar ilə görüş keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Sanatoriyanın rəhbərliyi, müəllim və həkim kollektivi iştirak etdilər. 5 saylı Uşaq Somatik Sanatoriyanın baş həkimi Natella Alxasova təşkilatçılara görüşün təşkilinə görə öz minnətdarlığını bildirdi və bu kimi görüşlərin keçirilməsinin ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.