Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda məcburi köçkün və aztəminatlı ailələr Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə göz müayinəsindən keçirildi

26 aprel 2016 | 20:00

20 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mobil Göz Klinikasının səyyar həkim briqadası tərəfindən oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Bakıxanov qəsəbəsi, Hacınski küçəsində Sabunçu Rayon Rus İcmasının 50 yaşdan yuxarı üzvləri üçün göz müayinəsi keçirilmişdir.
Eyni zamanda 22 aprel 2016-cı il tarixində Pirşağı qəsəbəsinin “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış 70 nəfər qaçqın və məcburi köçkünlər göz müayinəsindən keçirilərək onlara oftalmoloji yardım göstərilmişdir.
Saat 09:00-dan 13:00-dək davam edən aksiyada həkimlər xüsusi avtomobildə quraşdırlmış avadanlıqlardan istifadə etməklə müayinəyə ehtiyacı olan sakinlərin gözlərini yoxlayıb, məsləhətlər verib, lazımi reseptlər yazıblar. Xeyriyyə aksiyasında 100-dən çox sakinin gözü müayinə olunub.

Keçidlər