Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qan ver, yaşat” devizi altında ənənəvi qanvermə aksiyası keçirildi

25 aprel 2016 | 20:00

26 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qan ver, yaşat” devizi altında ənənəvi qanvermə aksiyası keçirildi.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gəncləri iştirak edib. Aksiya çərçivəsində  bu nəcib təşəbbüsə qoşulanlar görkəmli alimimın xalq qarşısındakı xidmətlərini bir daha qeyd edərək insanlara nur, həyat işıgı bəxş edən nəcib  və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.
Qanvermə prosesini Səhiyyə Nazirliyi Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirib. Talasemiyalı, hemofliyalı xəstə uşaqlar üçün nəzərdə tutulan qanın nə qədər həyati əhəmiyyət kəsb etdiyini dərindən başa düşən Sabunçu rayonunun sakinləri  bu aksiyada fəallıq nümayiş etdiriblər. Qanvermə aksiyasında iştirak edənlər əvvəlcədən müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Daha sonra iştirakçılar növbəli şəkildə qan veriblər.
Gün ərzində 300-dən çox rayon sakini bu xeyirxah tədbirdə iştirak edib. Qanvermə aksiyasında iştirak edən bütün insanlara  lazimi xidmət göstərilib.

Keçidlər