Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edildi

28 aprel 2016 | 20:00

27 aprel 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının inzibati binasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü qeyd edildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun səhiyyə və təhsil işçiləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir görkəmli alimin mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayişi ilə başladı. Giriş sözü ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırdı. Adil Vəliyev öz çıxışında vurğuladı ki, bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur.
Tədbirdə YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva, Rayon Qadınlar Şurasının sədri Samirə Əjdərova və başqaları çıxış edərək bildirdilər ki, Zərifə xanım Əliyeva qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq və daim dərin ehtiramla, rəğbətlə anılacaqdır.

Keçidlər