Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi

02 may 2016 | 20:00

03.05.2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən Akif Qambayzadə adına 148 №-li tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, 148 №-li tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov bu ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu qeyd edərək mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu bildirilib.
Çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov multikulturalizm anlayışı və bu anlayışın özünəməxsus keyfiyyətləri haqqında söhbət açıb. Azərbaycanın multikulturalizmin praktiki baxımdan yaşandığı ölkə olaraq bütün dünyaya nümunə olduğu dinləyicilərin diqqətinə çatdırılıb. Sonda çıxış edən məktəbin direktoru Esmira Babayeva tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər