Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

05 may 2016 | 20:00

06 may 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi, Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri və üzvləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi, onun Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. A.Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyev siyasətinin nəticələri olduğunu qeyd etmiş, hazırda da bu müdrik siyasətin ölkə rəhbərimiz tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Çıxış edən Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təlükəsizlik Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və digər natiqlər çıxış edərək Ümummili Lider Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə nitq söylədilər.
Sonda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu və 187 nömrəli tam orta məktəbin şagirdi Aytac İsmayıllının ifasında “Sənin yerin görünəcək” adlı şeir kompazisiyası səsləndi.

Keçidlər