Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Sabunçu rayonunda “Nurlu ömrün anları” tamaşası təqdim olundu

09 may 2016 | 20:00

10 may 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Əməkdar Mədəniyyət İşçisi, şair-dramaturq İftixar Piriyevin müəllifi olduğu “Nurlu ömrün anları” tamaşasını oynayıblar.
Bakıxanov qəsəbəsində yerləşən “Ülvi” şadlıq evində göstərilən tamaşada Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, müavinlər, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və rayon ictimaiyyəti iştirak edirdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunmuş tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Aktyorlar ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Nurlu ömrün anları” bədii kompozisiyası ilə çıxış ediblər. Tamaşa ulu öndərin irsinin öyrənilməsi və təbliği cəhətdən mühüm əhəmiyyətə malikdir. Tamaşadan sonra mərasim iştirakçıları qarşısında çıxış edən RiH- nin başçısı Adil Vəliyev mənalı və zəngin ömür yolu ilə fəxr etdiyimiz ulu öndərin irsinin öyrənilməsi və təbliği baxımından tamaşanın çox əhəmiyyətli olduğunu dedi. Müəllim və tələbələr  də ulu öndərin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın güclü iqtisadiyyata malik, regonda böyük nüfuz və söz sahibi olan qüdrətli bir dövlət olduğunu vurğuladılar.

Keçidlər