Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Sabunçu rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

09 may 2016 | 20:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar 10 may 2016-cı il tarixdə Sabunçu rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.  Aksiya nəticəsində Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  rayonun Nardaran, Maştağa, Pirşağı, Zabrat, Bakıxanov və digər qəsəbələrində 1500 ədəd şam və 500 ədəd zeytun ağacları əkilib.
Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Yay aylarında əkilən ərazilərin mütəmadi suvarılması, onlara qulluq göstərilməsi üçün rayon yaşıllaşdırma idarələri və kommunal təssərrüfat sahələrindən xüsusi briqadalar təhkim olunub. Sabunçu rayonunda son illər yaşıllıqların artırılması yeni park və xiyabanların salınmasına diqqət artırılıb. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir. Rayon gənclərinin də böyük həvəslə iştirak etdiyi bu  xeyirxah tədbir yüksək əhval-ruhiyyədə keçib.

Keçidlər