Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirildi

20 may 2016 | 20:00

21.05.2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və 81 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Zabrat qəsəbə nümayəndəsi, 81 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, valideyinlər iştirak etdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov çıxış edərək ölkəmizdə multikultural ənənələr tarixin bütün mərhələlərində qorunub saxlanıldığını, müstəqillik dövründə isə bu dəyərlər daha da inkişaf etdirildiyini və dövlət siyasətinin tərkib hissəsinə çevridiyini diqqətə çatdırdı. M.Əsədov rayon ərazisində “Multikulturalizm ili” çərçivəsində silsilə tədbirlər keçirldiyini vurğulayaraq bu günkü tədbirin özəlliyini məhz multikultural  dəyərlər və müxtəlif mədəniyyət nümunələri yalnız uşaqların gözü ilə təqdim olunduğunu qeyd etdi.
Çıxış edən 81 nömrəli tam orta məktəbin direktoru Mehriban Əlizadə bildirdi ki, Multikulturalizm Azərbaycan xalqının mədəniyyətində, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayışıdır və hər bir xalqın mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşılması, onların inkişafına qayğı və dəstək göstərilməsi azərbaycançılıq ideologiyasının əsas prinsip olduğunu bildirdi.
Çıxışlardan sonra 81 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin birgə hazırladıqları müxtəlif xalqların milli geyimlərində folklor və rəqs nümunələrindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdilər və onların tarixi, mədəniyyəti, milli mətbəxi haqqında məlumat verdilər.

Keçidlər