Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində tədbir keçirildi

22 may 2016 | 20:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il 18 may - 18 iyun tarixlərində respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir.
23.05.2016- cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramana qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “İnsan Hüquqları Aylığı” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial təminat xidmətinin rəis müavini Əminə Seyidzadə, Sabnçu Rayon İcra Hakimiyyəti Aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov, baş məsləhətçi Samirə Mehtiyeva, Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin sektor müdiri Nəcəf Məhərrəmov, müəllimlər və əlillər iştirak etdilər.
İlk öncə qonaqlar Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində müxtəlif peşələrə yiyələnən əlillərin sinif otaqlarını gəzərək onların yaratdıqları əl işləri ilə yerində tanış oldular. Sonra tədbir dəyirmi masa ətrafında davam etdi.
Tədbirdə çıxış edən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova ölkəmizdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, vətəndaş hüquq və azadlıqları barədə danışdı.
Çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçi Samirə Mehtiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis müavini Əminə Seyidzadə, Sabunçu rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin sektor müdiri Nəcəf Məhərrəmov ölkə rəhbərliyi tərəfindən əlilliyi olan istedadlı insanların bacarıqlarını cəmiyyətə nümayiş etdirmək, əsərlərin müəlliflərini tanıtmaq, gələcək fəaliyyətlərini inkişaf etdirmək üçün onlara stimul verici şərait yaratmaq və maddi təminatlarının yaxşılaşmasına dəstək olaraq hər cür şərait yaradıldığını vuğuladılar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər