Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsində “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirildi

23 may 2016 | 20:00

24.05.2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktəbdə “Multikulturalizm və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, məktəbin direktoru Ağaseyid Orucov, ziyalılar, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov multikulturalizmin ölkəmizdə həyat tərzi olduğunu bildirərək, bu dəyərin qorunmasının vacibliyi haqqında söhbət açıb. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın multikultural və tolerant mühitinin bütün dünyaya nümunə olduğu vurğuladı. M.Əsədov multikulturalizm-mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədar olduğunu diqqətə çatdırdı.Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm və milli-mənəvi dəyərlərimiz arasında olan sıx bağlılığın tarixi köklərə dayandığını qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələri bir ailə şəklində yaşayır və fəaliyyət göstərirlər. Prezident cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi multikultural dəyərlərə diqqət və qayğının ən bariz nümunəsi kimi qiymətləndirilib.
Sonda çıxış edən məktəbin direktoru Ağaseyid Orucov bu kimi tədbirlərin əhəmiyyətindən danışaraq təşkilatçılara müəllimlər və şagirdlər adından öz təşəkkürünü bildirib.
Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər