Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbə sakinləri ilə görüşü keçirildi

24 may 2016 | 20:00

25 may 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin 81 saylı tam orta məktəbin akt zalında Zabrat qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə Rayon rəhbərliyi ilə yanaşı, müavinlər, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq cənab Prezident İlham Əliyev tərəfindən ölkədə və Sabunçu rayonunda sosial-iqtisadi inkişafın, həmçinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışdı.
Daha sonra qəsəbə sakinlərindən Nəsirov Feyruz, Həsənov Rafiq, Yolçuyeva Cahan, Qurbanova Rəna və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər