Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İnsan Hüquqları Aylığı” çərçivəsində qəyyumluqda olan uşaqlar üçün ekskursiya təşkil olundu

24 may 2016 | 20:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və Müvəkkilin təsəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda  “İnsan Hüquqları Aylığı “ keçirilir.
Belə ki, 25.05.2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı “ çərçivəsində uşaqların istirahət hüquqlarının təmin etmək məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nəzdnində qəyyumluqda olan uşaqlar üçün Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olundu.
Ekskursiya zamanı valideyn himayəsindən məhrum olmuş uşaqlar və 1 nömrəli tam orta internat məktəbinin şagirdləri Azərbaycanın tarixini daha yaxşı mənimsəyərək qədim əmək alətləri, milli geyimlərimiz və digər eksponatlarla tanış oldular və muzeydən xoş təəssüratlarla ayrıldılar.
.

Keçidlər