Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram şənliyi keçirildi

30 may 2016 | 20:00

31  may 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən “Şəhrizad” körpələr evi-uşaq bağçasında internat məktəblərindən, qəyyumluqda  və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram şənliyi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən 3, 192, 195 saylı körpələr evi-uşaq baxçasının müdirləri, müəllimlər, valideyinlər və 100 nəfər körpə fidanlar iştirak etdilər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov uşaqları “1 Iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik etdi onlara sağlam ömür və mənalı həyat arzuladı. M.Əsədov çıxışında son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini qeyd edərək Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaqların problemlərinə böyük diqqətlə yanaşdıqlarını, Heydər Əliyev Fondu tərəfindən uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirildiyini vurğuladı.
Tədbir 3, 192, 195 saylı və “Şəhrizad” körpələr evi-uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış bədii qiraət, rəngarəng musiqi və rəqs proqramları ilə davam etdi.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr təqdim edildi.

Keçidlər