Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 15 İyun – Azərbaycan Respublikasının Milli Qurtuluş Günü qeyd olundu

13 iyun 2016 | 20:00

14 iyun 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə akademik, şərqşünas-alim Vasim Məmmədəliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri və üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə və müəssisə rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərini xatirəsini ehtiramla yad etdilər. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, “15 İyun Qurtuluş Günü” münasibəti ilə video çarx nümayiş olundu. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək Milli Qurtuluş Günü münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. A.Vəliyev bildirdi ki, Azərbaycanın müasir tarixi ümummilli lider Heydər Əliyevin möhtəşəm qayıdışından sonra başlayıb. Bu qayıdış Azərbaycanı xaosdan, anaraxiyadan, özbaşınalıqdan xilas etməklə yanaşı, müasir inkişafımızın, rifahımızın, bir sözlə yüksəlişin bütün sahələrdə əmin-amanlığın, sabitliyin təmin olunmasından tutmuş, iqtisadi tənəzzülün qarşısının alınmasına qədər bütün işlər ümummilli lider Heydər Əliyevin geniş fəaliyyətinin, fədakarlığının bilavasitə nəticəsidir. A.Vəliyev məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən qayıdışından sonra respublikamız düçar olduğu bəlalardan qurtulduğunu, uğurlu gələcəyin təməlinin qoyulduğunu və ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə dinamik inkişafa nail olunduğunu diqqətə çatdırdı.
Sonra akademik, şərqşünas-alim Vasim Məmmədəliyev geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün illərdə Azərbaycanın intibahı üçün çalışdığını, Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırdığını, doğma Vətənini hər yerdə ləyaqətlə təmsil etdiyini bildirdi. V.Məmmədəliyev məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyünü qeyd etdi. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Çıxış edən Rayon Telefon Qovşağının rəisi Nəriman Salmanov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulduğunu, ölkədə cinayətkarlığın qarşısı tam alındığını, bütövlükdə Azərbaycanın inkişafı naminə gördüyü işləri qeyd etdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatına üzv olan bir qrup şəxsə partiya biletləri təqdim olundu.

Keçidlər