Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Pirşağı qəsəbəsində 112 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir

14 mart 2013 | 20:00

14 mart 2013-cü il tarixində Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən Heydər Əliyev Fondu tərəfindən sökülərək yenidən inşa edilmiş 112 nömrəli tam orta məktəbin açılış mərasimi keçirildi. Açılışda Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

1934-cü ildən istifadəyə verilmiş bir mərtəbəli 22 sinif otağından (400 şagird) ibarət olan 112 nömrəli məktəb 2011-ci ilin dekabr ayından Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yüksək səviyyədə, bütün standartlar nəzərə alınaraq yenidən inşasına başlanılmışdır.

Müasir tələblərə cavab verən üçmərtəbəli, ümumi sahəsi 38 min kvadratmetr olan 112 nömrəli tam orta məktəbdə 57 sinif otağı (970 şagird) vardır. Burada şagirdlərin təlim-tərbiyəsi ilə 51 müəllim məşğul olacaq. Məktəbdə yüksək səviyyəli təhsil almaq üçün əlavə fənn kabinetləri, laboratoriya, kompyuter otağı, kitabxana, idman zalı, və əmək kabinetləri şagirdlərin hərtərəfli biliklərə və vərdişlərə yiyələnmələri üçün yaradılıb. Uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulub. Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hərbi hazırlıq kabineti yaradılıb. Şagirdlərin informasiya və kommunikasiya texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə kompyuter sinfi yaradılmış və zəruri texniki avadanlıqla
təchiz olunub. Buradakı kitabxana da yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Orta məktəbin şagirdlərinin təhsil almaları üçün bütün şərait mövcuddur.

Məktəbin ətrafında və ərazisində yenidənqurma işləri aparılıb, 3200 kvadratmetr sahədə abadlıq işləri görülüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin pedaqoji kollektivi ilə görüşüb, yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik edib.

Keçidlər