Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradıldı

14 fevral 2016 | 20:00

Müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı, rayon ərazisində Sahibkarlıq fəaliyyəti  ilə məşğul olan hüquqi və fiziki şəxslər, Hüquq mühafizə orqanlarının rəhbərləri, Qəsəbə nümayəndələri, Bələdiyyə sədrləri, xidmət sahələrinin rəisləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev müşavirəni giriş sözü ilə açaraq bildirdi ki, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların Sabunçu rayonunda icrasını təmin etmək məqsədilə Sabunçu RİHB-nın 09 fevral 2016-cı il tarixli sərəncamı ilə Sabunçu RİHB-nın aparatında 7 nəfərdən ibarət Apellyasiya Şurası və 3 nəfərdən ibarət həmin şuranın katibliyi yaradılaraq fəaliyyətə başlamışdır. Rayon icra hakimiyyətinin başçısı Apellyasiya Şurasının qarşısında duran vəzifələr və onun hüquqları barədə geniş məlumat verdi.
Seminar-müşavirədə Sabunçu rayon icra hakimiyyəti Apellyasiya Şurasının sədri (RİHB-nın I müavini) Güloğlan Məmmədov, şuranın katibliyinin rəhbəri (RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri) Qəzənfər Həsənov, şuranın üzvü (RİH-nin hüquq şöbəsinin müdiri) Neman Əzizov çıxış etdilər. Onlar şura və katibliyin fəaliyyəti, şikayətlərə dair tələblər, iclasların keçirilməsi, protokollaşdırılması və qəbul ediləcək qərarlara dair tələblər barədə məlumat verdilər.
Çıxışlardan sonra seminar-müşavirə iştirtakçıları tərəfindən verilmiş suallar cavablandırıldı.

Keçidlər