Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirildi

28 iyun 2016 | 20:00

22 iyun2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, şöbənin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, Baş idarənin və Rayon Gənclər və İdman Idarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak etdilər. Tədbiri Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov çıxış edərək Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılıdığını qeyd etdi. M.Əsədov İslam dini haqqında yanlış məlumatlar yayaraq, insanların düşüncələrində mənfi fikir yaradılır və buna görə də gəncləri mənfi təsirlərdən qorumaq, onları düzgün yola istiqamətləndirmək məqsədi ilə dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməli və gəncləri radikal dini təsirlərə qarşı ayıq olmağını diqqətə çatdırdı.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və şöbənin əməkdaşı Abdulla Əfəndiyev çıxış edərək qeyd etdilər ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsi bu sahədə aparılan ən prioritet məsələlərdən biridir. Məhz gənclərin dini sahədə intellektual səviyyəsi və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə biləcəkləri vurğulandı.
Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirildi.

Keçidlər