Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu

29 iyun 2016 | 20:00

23 iyun 2016-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində “23 iyun-Dövlət qulluqçularının peşə bayramı günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın şöbə müdirləri, sektor müdirləri, icra nümayəndələri və əməkdaşları iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin  inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər
Tədbiri  giriş sözü ilə Sabunçu  Rayon İcra  Hakimiyyətinin  başçısı  Adil Vəliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara öz fəaliyyətlərində uğurlar arzuladı. A. Vəliyev ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasında Ümummilli Liderin xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatımızın bütün sahələrində, o cümlədən dövlət quruculuğunda böyük uğurların qazanıldığı diqqətə çatdırdı.
Çıxış edən Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təlükəsizlik Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdilər, onlara öz fəaliyyətlərində uğurlar arzuladılar.
Sonda dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə, RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Fəxrəddin İsmayılov, Rayon Məşğulluq Mərkəzinin rəisi Akif Gülməmmədov, RİH başçısının Nardaran qəsəbəsi üzrə  nümayəndəsi Əlican Xəlilov və RİH başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-mühasibi Gülnarə Dadaşova Fəxri Fərman və hədiyyələrlə təltif olundular. Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirdilər.

Keçidlər